Milli Hokkey Liqasının rəhbərliyi (MHL) müntəzəm çempionatda oyun sayını 82-dən 84-ə çatdırmaqla bağlı məsələyə baxır.
Football-plus.az ESPN-a istinadən xəbər verir ki, oyun sayının artırılması regional rəqabəti gücləndirəcək.
Bununla belə, MHL təqvimlə bağlı indiki formatı saxlamağı da planlaşdırır. Yəni hər komanda başqaları ilə biri səfərdə o biri evdə olmaqla iki dəfə qarşılaşacaq, eyni divizionun komandaları isə mövsüm ərzində 4 dəfə üz-üzə gələcək. Oyunların sayının mümkün artımı məsələsinə baş direktorların gələn ilin martında keçiriləcək iclasında baxılacaq.
1992/93 və 1993/94 mövsümlərində MHL klubları müntəzəm çempionatda hərəyə 84 oyun keçirib, ancaq 1995/96 mövsümündən oyun sayı 82-yə endirilib.