Premyer-liqada komanda sayı artırılmadı

26.03.2022 15:55 449
Dünya futbolu
Rusiya premyer-liqasında komanda sayının artırılmaq ehtimalı yaransa da, bu baş tutmayıb.


Bu məsələ eyniadlı təşkilatın son iclasında müzakirə edilmişdi. İclasda yüksək liqadakı komandaların sayının 16-dan 18-ə qədər artırılmasına qərar verilmişdi. Amma bu planda yekun qərar Rusiya Futbol İttifaqına aid idi. Yerli futbol qurumunun İcraiyyə Komitəsi isə qərarı təsdiqləməyib. Əks halda yenilik 2022/23 mövsümündən qüvvəyə minəcəkdi.

Beləliklə, Rusiya premyer-liqasının növbəti mövsümü də 16 komandanın iştirakı ilə keçiriləcək.