• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi – Ronaldo rəqabəti DÇ-də də davam edir

DÇ 2026 / Manşet

8-12-2022, 17:0

Dünya çempionatı hələ başa çatmasa da, həm arxada qalan qrup mərhələsi, həm də ümumilikdə mübarizənin axarı ilə bağlı bəzi maraqlı məqamları və rekordları ümumiləşdirməyə dəyər.

İlk növbədə onu vurğulayaq ki, DÇ-2022-də qrup turnirinin 48 oyununda 120 qol vurulub ki, bu da 21-ci əsrdə 4-cü göstəricidi. Yalnız DÇ-2006-da və DÇ-2010-da bundan az qol qeydə alınıb. Rekord isə 2014-də Braziliyada keçirilən mundiala aiddi. Orda orta məhsuldarlıq 3 topa yaxın idi. Əvəzində orta seyrçi sayına (51188) görə Qətər turniri DÇ-2014-ü (51133) azacıq qabaqlamaqla yeni tarixdə 2-ci yeri tutur. Yalnız DÇ-2006-nın oyunları 21-ci əsrdə daha artıq (51759) tamaşaçı toplayıb. Qırmızı vərəqələrin sayı da ayrıca diqqət tələb edir. Qrup mərhələsində cəmi 2 “qırmızı” gördük – uelsli Ueyn Hennessi və kamerunlu Vensan Abubakar cəzalandı. Əvvəllər belə vərəqələrin sayı həmişə çox olub. 8 əzmkar qələbə isə Braziliya mundialındakı göstəricinin təkrarlanmasıdı. Özü də bunların ikisi Almaniya ilə İspaniyanı eyni hesabla (2:1) məğlub edən yaponların adına yazılıb.

21-ci əsrdə qrup turnirindən sonra DÇ-nin əsas göstəriciləri
2022 2018 2014 2010 2006 2002
ölkə Qətər Rusiya Braziliya CAR Almaniya Yaponiya/Koreya
oyun 48 48 48 48 48 48
qol 120 122 136 101 117 130
orta məhsuldarlıq 2,50 2,54 2,83 2,10 2,44 2,71
tamaşaçı 2457059 2134703 2454377 2284796 2484439 1969746
orta tamaşaçı sayı 51188 44473 51133 47600 51759 41036
sarı vərəqə 165 157 126 183 246 204
qırmızı vərəqə 2 3 9 13 18 12
penalti (dəqiq) 14 (9) 24 (18) 10 (9) 10 (7) 12 (9) 15 (12)
dəqiqlik faizi 64,29 75,00 90,00 70,00 75,00 80,00
böyükhesablı qələbə 5 8 10 4 7 6
əzmkar qələbə 8 3 8 3 6 6
qolsuz heç-heçə 6 1 5 6 5 2

DÇ-2022 Asiya Futbol Konfederasiyası üçün tarixi əhəmiyyət daşıyır. Axı planetin 16 ən güclü komandası sırasına bu qitənin üç təmsilçisi – Avstraliya, Koreya və Yaponiya düşdü ki, bu da rekorddu. 1/8 finala iki komanda – Seneqal və Mərakeş ilə çıxan Afrika öz göstəricisini təkrarladı. KONMEBOL-dan da bu sayda komanda – Braziliya və Argentina 1/8 finala adladı. Cənubi Amerika təmsilçiləri pley-offda belə məhdud tərkiblə yalnız 1994-cü və 2002-ci illərdə təmsil olunub. Ancaq onda da “qızıl”ı məhz Pelenin varisləri qazanıb. Bu dəfə heç kim qrup turnirini 9 xalla bitirə bilmədi, ən yaxşı nəticə göstərənlərin – İngiltərə, Niderland və Mərakeşin hesabında 7 xal var. Debütant Qətər və Kanada isə qrupu xalsız bitirdi.

1/8 final iştirakçılarının konfederasiyalar üzrə bölgüsü
il UEFA CONMEBOL CONCACAF AFC CAF OFC
1986* 10 4 1 - 1 –
1990 10 4 1 - 1 –
1994 10 2 2 1 1 –
1998 10 4 1 - 1 –
2002 9 2 2 2 1 –
2006 10 3 1 - 1 1
2010 6 5 2 2 1 –
2014 6 5 3 - 2 –
2018 11 3 1 1 - -
2022 8 2 1 3 2 –
* - ilk dəfə klassik 1/8 final mərhələsi yaranıb.

Qətərdəki dünya çempionatı həm də hissələrə hədsiz çox vaxt artırılması ilə yadda qalacaq. Bununla belə, uzatma dəqiqələrində vurulan qolların sayı ötən mundialla müqayisədə azdı: 2022-də “gecikən” qollar 9,17 faiz təşkil edirsə, Rusiya mundialında bu göstərici 11 faizdən yuxarı idi.

turnirlər üzrə uzatma dəqiqələrində vurulan qol sayı
çempionat ölkə ümumi qol sayı uz. dəqiqələrində faiz
1990* İtaliya 115 4 3,48
1994 ABŞ 141 6 4,26
1998 Fransa 171 10 5,85
2002 Koreya/Yaponiya 161 4 2,48
2006 Almaniya 147 8 5,44
2010 CAR 145 6 4,14
2014 Braziliya 171 11 6,43
2018 Rusiya 169 19 11,24
2022** Qətər 120 11 9,17
* - uzatma dəqiqələrinin tətbiq olunduğu ilk turnir.
** - çempionat davam edir

Kriştiano Ronaldo elə ilk turda adını DÇ tarixinə yazdı. Qana ilə oyunda penaltini reallaşdıran portuqaliyalı ulduz 5 fərqli dünya çempionatında qol vuran ilk futbolçudu. Almanlar Uve Zeeler və Miroslav Kloze, braziliyalı Pele və argentinalı Lionel Messi 4 dünya çempionatında fərqlənib.
4 və daha artıq dünya çempionatında qol vuran futbolçular

oyunçu yığma qol sayı turnir
Kriştiano Ronaldo Portuqaliya 8 2006-1, 2010-1, 2014-1, 2018-4, 2022-1
Miroslav Kloze Almaniya 16 2002-5, 2006-5, 2010-4, 2014-2
Pele Braziliya 12 1958-6, 1962-1, 1966-1, 1970-4
Uve Zeeler Almaniya 9 1958-2, 1962-2, 1966-2, 1970-3
Lionel Messi Argentina 9* 2006-1, 2014-4, 2018-1, 2022-2
* - 1/8 finaldakı qol nəzərə alınmaqla.

Messi ilə Ronaldonun aşağı məhsuldarlığı onlara DÇ tarixinin bombardiri adı uğrunda mübarizə aparmağa imkan vermədi. Əvəzində Argentina yığmasının kapitanı oyun sayına görə artıq 4-cü yerdədi. O, Avstraliya ilə 1/8 final oyunundan sonra Paolo Maldiniyə çatdı, yarımfinala çıxacağı təqdirdə isə artıq bu nominasiyanın çoxillik lideri Lotar Matteus ilə bərabərləşəcək.

DÇ-də oyun sayına görə liderlər
oyunçu komanda il turnir sayı oyun sayı
Lotar Matteus Almaniya 1982, 1986, 1990, 1994, 1998 5 25
Miroslav Kloze Almaniya 2002, 2006, 2010, 2014 4 24
Paolo Maldini İtaliya 1990, 1994, 1998, 2002 4 23
Lionel Messi Argentina 2006, 2010, 2014, 2018, 2022 5 23*
Uve Zeeler Almaniya 1958, 1962, 1966, 1970 4 21
Vladislav Jmuda Polşa 1974, 1978, 1982, 1986 4 21
Dieqo Maradona Argentina 1982, 1986, 1990, 1994 4 21
Kriştiano Ronaldo Portuqaliya 2006, 2010, 2014, 2018, 2022 5 21*
Qjeqoj Lyato Polşa 1974, 1978, 1982 3 20
Kafu Braziliya 1994, 1998, 2002, 2006 4 20
Filipp Lam Almaniya 2002, 2006, 2010, 2014 4 20
Bastian Şvaynştayger Almaniya 2006, 2010, 2014 3 20
Xavyer Masçerano Argentina 2006, 2010, 2014, 2018 4 20
* - 1/8 final oyunu nəzərə alınmaqla.

Yeri gəlmişkən, Matteusun həmvətəni Manuel Noyer, komandasının qrupda qalmasına rəğmən, qapıçılar arasında oyun sayına görə liderliyə yüksəldi. “Bavariya”nın qapıçısı bundestimdəki sələflərindən Zepp Mayeri və braziliyalı Klaudio Taffareli arxada qoydu. Ancaq Noyer tezliklə bu rekordla vidalaşa bilər. Uqo Lyoris elə bu turnirdə onu “silkələyəcək” - əlbəttə, bunun üçün Fransa yığmasının minimum yarımfinala çıxması lazımdı.
DÇ-də oyun sayına görə qapıçılar arasında liderlər
oyunçu komanda il turnir sayı oyun sayı
Manuel Noyer Almaniya 2010, 2014, 2018, 2022 4 19
Zepp Mayer Almaniya 1970, 1974, 1978 3 18
Klaudio Taffarel Braziliya 1990, 1994, 1998 3 18
Dino Zoff İtaliya 1974, 1978, 1982 3 17
Piter Şilton İngiltərə 1982, 1986, 1990 3 17
Andoni Subisarreta İspaniya 1986, 1990, 1994, 1998 4 16
Fabyen Bartez Fransa 1998, 2002, 2006 3 17
İker Kasilyas İspaniya 2002, 2006, 2010, 2014 4 16
Uqo Lyoris Fransa 2010, 2014, 2018, 2022 4 16
Fernando Muslera 2010, 2014, 2018 3 16
Fransa yığması ilə birgə Didye Deşam da zirvəyə doğru irəliləyir. Fransa yığmasının çalışdırıcısı Daimarka ilə oyunda DÇ-dəki qələbələrinin sayını 11-ə çatdırmaqla Oskar Tabareslə Karlos Alberto Parreyranı arxada qoydu. 1/8 finalda Polşa üzərində qazanılan qələbə isə Yoahim Lövə çatmağa imkan verdi. Hadisələrin ideal axarı təqdirində Mario Zaqallo ilə Luis Felipe Skolarini də arxada qoymaq mümkündü. Lider Helmut Şönə çatmaq isə heç bir halda mümkün olmayacaq. Bunun üçün növbəti mundiala da qatılmaq lazımdı. Deşamın belə bir niyyətinin olub-olmadığından xəbərdar deyilik.

DÇ-də qələbə sayına görə məşqçilər arasında liderlər
məşqçi ölkəsi komandaları oyun qələbə
Helmut Şön AFR AFR-1966, AFR-1970, AFR-1974, AFR-1978 25 16
Luis Felipe Skolari Braziliya Braziliya-2002, Portuqaliya-2006, Braziliya-2014 21 14
Mario Zaqallo Braziliya Braziliya-1970, Braziliya-1974, Braziliya-1998 20 13
Yoahim Löv Almaniya Almaniya-2010, Almaniya-2014, Almaniya-2018 17 12
Didye Deşam Fransa Fransa-2014, Fransa-2018, Fransa-2022 16 12
Oskar Tabares Uruqvay Uruqvay-1990, Uruqvay-2010, Uruqvay-2014, Uruqvay-2018 20 10
Karlos Alberto Parreyra Braziliya Küveyt-1982, BƏƏ-1990, Braziliya-1994, S.Ərəbistanı-1998, Braziliya-2006, S.Ərəbistanı-2010 20 10

Paylaş:
Digər xəbərlər

DÇ 2026

1-12-2022, 23:0

21-ci əsrdə ilk dəfə

Ölkə futbolu

14-11-2022, 13:0

Premyer-liqada son 5 ilin rekordu

Dünya futbolu

5-11-2022, 20:0

İngiltərə klubunda yeni rekord

Dünya futbolu

22-11-2022, 13:0

Ronaldo ilə Messi birgə reklama çəkildilər

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə