Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Football-plus.az xəbər verir ki, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada 1-ci turun oyunları keçiriləcək. İlk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16.00-da başlayacaq. Bu qarşılaşmadan iki saat sonra “Azərreyl” - UNEC duelinə start veriləcək.
Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada 1-ci turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17.00-da başlayacaq.
Hər 3 görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.