Messi rekorda şərik çıxdı

13.12.2022 23:30 338
DÇ 2026
Dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Football-plus.az xəbər verir ki, Argentina Xorvatiya ilə qarşılaşır - 0:0. Görüş cənubi amerikalıların hücumçusu Lionel Messi üçün əlamətdar olub. Belə ki, matça start heyətində çıxan futbolçu dünya çempionatında 25-ci oyununu keçirir. 35 yaşlı oyunçu Almaniya millisinin sabiq müdafiəçisi Lotar Matteusa məxsus rekordu təkrarlaylb.