Messinin seriyası qırıldı

1.12.2022 10:48 343
DÇ 2026
Dünən DÇ-2022-in C qrupunda Argentina Polşanı 2:0 hesabı ilə məğlub edib.

Football-plus.az xəbər verir ki, cənubi amerikalıların kapitanı Lionel Messi matçın 39-cu dəqiqəsindən penaltidən yararlana bilməyib. Bununla da PSJ-in ulduz futbolçusunun yığmadakı seriyası qırılıb. Belə ki, 35 yaşlı oyunçu ardıcıl 6 görüş idi ki, millinin heyətində fərqlənirdi.

Qeyd edək ki, Messi Estoniya, Honduras, Yamayka və Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq oyunlarında, həmçinin 2022-ci il dünya çempionatının C qrupunda isə Səudiyyə Ərəbistanı və Meksikayla rəsmi qarşılaşmalarda qol vurmağı bacarıb.