• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bəxtimiz gətirmədi, ən azı 1 xal qazanmağa layiq idik”

DÇ / Manşet

18-12-2022, 17:0

Mövsümün əvvəlində "Turan Tovuz"a keçən oyunçulardan biri də Eltun Turabovdu. “Neftçi”ylə görüşdən sonra əlaqə saxladığımız 25 yaşlı müdafiəçiylə bir çox məsələlər haqda danışdıq.

- Premyer-liqa təcrübəsi olan və legioner həyatı yaşamış futbolçusan. Niyə məhz “Turan Tovuz”a keçdin, başqa təkliflər yox idi?
- Təkliflər var idi. "Turan Tovuz"u seçdim. Bu komandaya keçidimin əsas səbəblərindən biri Ayxan Abbasov oldu. Həm məşqçi, həm də insan kimi futbolçuya dəyər verən mütəxəssislərdəndi. Onun rəhbərliyi altında "Sumqayıt"da da çıxış etmişəm.

- Legioner həyatı yaşayan futbolçulardansan. "Bilis"də qalmağa və ya başqa Albaniya klununa keçməklə karyeranı davam etdirməyə nə mane oldu?
- Albaniyada pis mövsüm keçirmədim. Sonra orda pandemiya dövrü başladı, Azərbaycana qayıtdım. Bir qədər sonra "Bilis"lə müqaviləmin müddəti bitdi. Bakıda olduğum zaman "Sumqayıt"dan sərfəli təklif gəldiyindən geri dönmək istəmədim. Həmçinin "Bilis"dən də müqaviləni yeniləməklə bağlı təklif olmadı.

- Yenidən legioner həyatı yaşamağı düşünürsən?
- Hələ ki yox. Hazırda əsas hədəfim "Turan Tovuz"da möhkəmlənmək, özümü daha da inkişaf etdirməkdi. Gələcəkdə legioner həyatı yaşamağı düşünərəm. Yaxşı təklif gəlsə, niyə də olmasın?!

- Çoxları uzun müddət sonra elitaya qayıdan "Turan Tovuz"dan yaxşı çıxış gözləmirdi. Amma siz belələrini yanıltdız. Bunun sirri nədi?
- Uzun illərdən sonra Tovuz təmsilçisinin premyer-liqaya qayıtması sevidiricidi. Tovuz sakinləri futbolla nəfəs alır desək, yanılmarıq. Yerli azarkeşlərlə "Turan Tovuz" rəhbərliyi və futbolçular arasında möhkəm bağlar var. Belə vəhdət də yaxşı çıxış etməyimizdə böyük rol oynayır. Tovuzluların güclü dəstəyini və sevgisini hər an doğrultmaq üçün meydanda əzmkarlıq göstərib xal və xallar qazanmağa çalışırıq.

- "Neftçi"yə qarşı da əzmkar mübarizə apardız. Amma bəxt sanki sizdən üz döndərdi. Bu barədə nə deyərdin?
- Bütün oyunlara olduğu kimi, "Neftçi"yə qarşı da ciddi hazırlaşmısdıq. Qarşılaşmanın gərgin keçəcəyini əvəlcədən bilirdik. Matça yaxşı qoşulduq, qol vurmaq üçün şanslarımız oldu, yararlana bilmədik. Rəqib isə penaltidən yararlanıb qələbə qazandı. "Neftçi"yə qarşı çempionatdakı ən yaxşı oyunlarımızdan birini sərgilədiyimizi düşünürəm. Rəqibin nə adından, nə də gücündən çəkindik. Sadəcə, bəxtimiz gətirmədi, ən azı 1 xal qazanmağa layiq idik.

- Artıq 17 tur geridə qalıb. Komandanın çıxışı haqda nə deyə bilərsən?
- Bu mövsümdən elitada komanda sayı artmaqla yanaşı, mübarizlik də artıb. Hər tur həm gərgin, həm də maraqlı keçir. Yeni yaranan komanda olaraq çətin mübarizəyə qoşulmuşuq. Əsas məqsədimiz çalışdığımız qədər əzmkarlıq göstərməklə daha çox xallar qazanıb irəli getməkdi.

- Necə düşünürsən, "Qarabağ" yenə asan çempion olacaq?
- "Qarabağ"ın gücü hər kəsə bəllidi. Ağdam təmsilçisi həm Azərbaycanda, həm də Avropadakı çıxışıyla sözünü deyib. Çempionluğa gəlincə, bu haqda nəsə deməyim düz çıxmaz.

- Premyer-liqanın ilk yarısının son turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaqsız. "Qırmızı-qaralar" doğma meydanda çox inamlı çıxış edir. Səfərdə nəyə ümid edirsiz?
- Hər oyunda olduğu kimi, "Qəbələ"yə qarşı da əzmkar mübarizə aparacağıq.

- Qətərdə keçirilən dünya çempionatı sona yaxınlaşır. Fransa - Argentina cütündə çempionluğa hansı komanda yaxındı?
- Fransanın çempion olacağını düşünürəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-05-2022, 17:0

"Böyük ehtimalla növbəti mövsümdən “Turan Tovuz”da oynayacam" - AÇIQLAMALAR

Aktual / Ölkə futbolu / Günün xəbəri

18-05-2022, 17:0

“Turan Tovuz”un yeni qapıçısı məlum oldu – ÖZƏL

Ölkə futbolu / Manşet

7-06-2022, 16:0

Ayxan Abbasov “Turan Tovuz”da oynayacaq futbolçuların adını açıqladı - SİYAHI

Premyer-liqa / Manşet

2-09-2022, 18:0

“Turan Tovuz”a güvənirəm” - Deputat

Premyer-liqa

30-06-2022, 18:0

"Turan Tovuz"dan 9-cu transfer - RƏSMİ

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 186
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 169
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə