"Turan Tovuz"dan 9-cu transfer - RƏSMİ

30.06.2022 18:23 767
Premyer-liqa
Yeni mövsümdən premyer-liiqada çıxış edəcək "Turan Tovuz" daha bir futbolçunun transferini açıqlayıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi "Qəbələ"dən ayrılan Ehtiram Şahverdiyevi heyətinə cəlb edib. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Şahverdiyev "qırmızı-qaralar"dan başqa, "Sumqayıt"da da oynayıb.

Qeyd edək ki, bu, "Turan Tovuz"un 9-cu transferidi. Buna qədər Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov, Veysəl Rzayev, Turan Vəlizadə və Eltun Turabovun da transferi açıqlanmışdı.