Serxio Buskets gələcək karyerası ilə bağlı qərara gəlib.
Təcrübəli futbolçu “Barselona” ilə yollarını ayıracaq. O, klubun prezidenti Xuan Laportaya müqaviləsini yeniləməyəcəyini bildirib. Başqa sözlə, 34 yaşlı yarımmüdafiəçi mövsümün sonunda yetirməsi olduğu komandanı tərk edəcək. Serxionun karyerasını MLS-də davam etdirmək istədiyi xəbər verilir.