Buskets Xavini geridə qoydu

3.06.2022 10:12 541
Dünya futbolu
İspaniya yığmasının futbolçusu Serxio Buskets hazırda "Barselona"nın baş məşqçisi olan Xavi Ernandesin uğurunu geridə qoyub.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna Portuqaliya ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının I tur matçında nail olub.

Qarşılaşmaya start heyətdə başlayan oyunçu yığmada 134-cü dəfə meydana çıxıb. O, komandada ən çox görüşdə iştirak edən üçüncü futbolçu kimi tarixə düşüb. Millinin sabiq qapıçısı İker Kasilyas 167, hazırda Fransa PSJ-sində çıxış edən Serxio Ramos 180 matçda yığmanın formasını geyinib.

Qeyd edək ki, Serxio Buskets 2009-cu ildə İspaniya millisində debüt edib.