“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq beynəlxalq karyerası ilə bağlı qərar verib.
"Football-plus.az" xəbər verir ki, forvard Qabon yığmasındakı çıxışını başa vurub.
Bu məlumatı İspaniyada çıxan “Mundo Deportivo” qəzeti yayıb. 32 yaşlı futbolçu qərarını Qabon Futbol Federasiyasına göndərdiyi məktub vasitəsilə bəyan edib.
Obameyanq milli komandada 2009-cu ildən çıxış edirdi. O, yığmada 72 oyun keçirib və 30 qol vurub.