• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Dünyanın bir nömrəli futbolçusu “Mançester Yunayted”dən qovulursa, biz niyə inkişafımız üçün nəyisə ləngidək?" - Tərlan Əhmədov

Premyer-liqa / Manşet

14-12-2022, 16:0

Misli premyer-liqanın 17-ci turunda "Kəpəz" - "Sabah"la heç-heçə edib - 2:2.

Football-plus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tərlan Əhmədov görüş haqda fikirlərini səsləndirib:

"Maraqlı oyun alındı. Məğlubiyyətlərdən sonra komandanı toparlamaq çətin idi. Taktikanı bir az dəyişmişdik. Bu gün yaxşı mübarizə apardıq. Rəqibi əks-hücumlarda tutaraq, qollar vurduq. Qışa qədər nə qədər bacarırıq, xal yığmağa çalışırıq. Qışdan sonra isə gətirdiyimiz oyunçularla komanda formalaşdıracağıq. Bu heç-heçə ədalətli oldu. Azarkeşlərimizin sevinci bizim üçün hər şeydi".


- Abdullahi Şuaybunu “oğurlamaq” istəyənlər var?
- Bayaq qulağıma çatdı ki, onunla maraqlanıblar. Bura gələndən nizam-intizama üstünlük veririk. Hərdən hansısa futoblçu olmayanda oyun planında çətinlik çəkirik. Şuaybu zədədən sonra geriləmişdi. Amma bu gün aqressiyası Azərbaycanda bir nömrədi. Qol da vurur, rəqibi təzyiqdə saxlayır. Gəncdi, 20 yaşlı futbolçunu “oğurlamaq” istəyənlər olacaq. Xəbər çatıb ki, onunla maraqlanan var.

- Əfran İsmayılovla aranızda nə baş verib?
- Arada heç bir münaqişə yoxdu. Söz azadlığı var, kim nə istəsə danışa bilər. Mən də buradayam. İşim meydançadadı.

- Rauf Əliyev, Elvin Yunuszadə, Əfran İsmayılov, Əli Səmədov kimi təcrübəliləri əsas komandadan uzaqlaşdırmısız. Bu, öz yerinizi möhkəmləndirməklə bağlıdır, yoxsa arxasında başqa səbəb dayanır?
- Arxasında heç nə dayanmır. Gəncə Azərbaycan futbolunun beşiyidi. Axırıncı dəfə hansı gəncəli əsas millidə, neçə il əvvəl oynayıb? Mahmud Qurbanovdan sonra kimsə olub? O da 10-12 ildir, futbolçu karyerasını bitirib. Komandada cavanlaşdırma siyasəti aparıram. Bacardığımız qədər gəncəli gəncləri komandaya cəlb etməyə çalışırıq. Bütün fikrimiz gənc nəsillə bağlıdı. Azərbaycanda yetərincə yaxşı cavan oyunçular var. Əsasən də U-21 millisinə namizədləri cəlb etməyə çalışırıq. Digərlərinin yolu açıq olsun. Gəncə futboluna, Azərbaycan futboluna yeni nəsil gəlməlidi. Kim nə istəyir, deyir, Allahı bilsin, özü bilsin. Mən gəldiyim gündən məqsəd qoyulub ki, komanda premyer-liqada qalsın. İdarə Heyətinin sədri İlqar Nadiriyə demişəm ki, bacardığm qədər xal toplayacam. Fikrimcə, 16-17 xal toplamalıydıq. Bəzi səbəblərə görə doğrulmadı. Komandam oynamağa başlayır. Qışda əcnəbilər cəlb olunacaq. Gedənlərin siyahısı bilinir. Rəhbərliyə bildirilib. Heç kimlə qərəzim yoxdu. Rəhbərliyə də demişəm ki, gəncləşmə siyasəti getməlidi ki, güclü rəqiblərlə mübarizə aparaq. Mənə qədər oyunçular cəlb edilib və komanda hansı vəziyyətdə olub, hamı bilir. Kim nə istəyir, yazır, deyir. Buyursunlar.

- O futbolçular mövsümdən əvvəl komandaya cəlb olunub. Həm əvvəlki baş məşqçi, həm də klub rəhbərliyinə qaşrı mübarizə aparırsız? Bundan qorxmursuz?
- Heç bir qorxu yoxdu. Yaşar Vahabzadə böyük qardaşımızdı. Bir yerdə futbol oynamışıq. Məşqçilik elədi ki, uğur olub-olmayacağını bilmirsən. O vaxt lazım olub, götürülüb. Mən də düşünürəm ki, daha uğurlu olmaq üçün bəzi oyunçularla yollar ayrılmalıdı. Əsas məsələ baş məşqçi və idarə heyəti yox, Gəncə futbolunun düzəlməsidi. Bu gün təməli düzgün qurmaq istəyirik, amm zərbələr olur. Deməli, hamımız yalandan istəmişik ki, bölgədə futbol olsun. Hər yerdə yeni baş məşqçi dəyişikliklər edir. Amma heç bir klubda bu qədər söz söhbət olmur. Rəhbərlik də mənim arxamdadı. Gəncə futbolu inkişaf etməlidi.

- Rəhbərliyin arxanızda olduğunu deyirsiz, amma komandadan uzaqlaşdırdıqlarınız hələ də göndərilməyib...
- Bu, mənim işim deyil. Rəhbərliyin işidi. Necə edəcəklərini onlar bilir. Dünyanın bir nömrəli futbolçusu “Mançester Yunayted”dən qovulursa, biz niyə inkişafımız üçün nəyisə ləngidək? Futbolun tələbi budu. Getməyəcəklərsə hansı mövqelərə oyunçu lazımdı, onlar cəlb olunmalıdı. İlqar Nadiri ilə danışdıq, müzakirələrimiz oldu. Dedik ki, artıq komandanı gücləndirməliyik. Vaxtımız da azdı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-11-2022, 16:0

"Dəyişiklik etməyə çətinlik çəkirik" - Tərlan Əhmədov

Premyer-liqa

29-10-2022, 18:0

"Səhvlərimiz çoxdu" - Tərlan Əhmədov

Ölkə futbolu

14-03-2022, 13:0

"Ürəyimdən keçən də oyununun heç-heçə bitməsi idi" - Rəşad Sadıqov

Premyer-liqa

3-12-2022, 19:0

"Qələbə də qazana bilərdik" - Vüqar Əsgərli

Premyer-liqa / Manşet

14-12-2022, 16:0

"Kim dedi ki, biz çempionluq uğrunda mübarizə aparırıq?" - Murad Musayev

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 156
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə