Məlum olduğu kimi, Misli premyer-liqasında iştirak edən bütün klubların azarkeş qrupları iki oyunu boykot edib.
Sözü bir yerə qoyan fanklubların hər biri bununla bağlı bəyanat yayıb. Onlar doğma komandalarının keçirəcəyi 2 oyunda iştirak etməyəcək. Maraqlıdı, bu məsələyə klubların münasibəti necədi? Onlar azarkeşlərin qərarını necə qarşılayır?
Anar Hacıyev (Qəbələ):
“Red Black Army” azad azarkeş qrupudu, sərbəst şəkildə qərar verir. Klubun buna heç bir müdaxiləsi olmur. Fanklubların stadiona gəlməməsi, təbii ki, komandalara təsirsiz ötüşməyəcək. Azarkeş stadionun bəzəyidi, ab-hava yaradan ən vacib amildi. Ona görə də bu qərar komandalara, futbolзulara təsirsiz ötüşməyəcək. Ümumi azarkeş sayına da təsir edəcək. Stadiona gələn azarkeşlərin müəyyən faizini fanklublar təşkil edir. Arenada futbol ab-havası yaradanlar da onlardı”.
Elnur Həmidov (Sabah):
“Futbol azarkeşlər üçün oynanılır. Əlbəttə, hər oyunumuzda onları tribunada görmək, dəstəklərini hiss etmək istəyirik. Onların yoxluğunun komandaya nə dərəcədə təsir etdiyini oyunlar zamanı müşahidə etmək olar. Amma söhbət sırf bizim ev oyunumuzdan gedirsə, komandamız növbəti iki matçını səfərdə keçirəcək”.
Elmar Abdullazadə (Zirə):
“Təbii ki, hamı tribunaları dolu görmək istəyərdi. Xüsusən də belə vacib oyunlarda. Azarkeş futbolun bəzəyidi. Lakin belə qərar verilibsə, onların fikrinə hörmətlə yanaşırıq”.
Süleyman Tağıyev (Turan Tovuz):
“Bizim azarkeş qrupumuz rəsmi deyil Bu səbəbdən onların qərarına münasibət bildirməyi doğru saymırıq”.
Yusif Hüseynov (Şamaxı): “Təbii ki, fanklubun oyuna gəlməməsi təsirsiz ötüşməyəcək. Elə “Sabah”la səfərdə 1 xal qazandığımız oyunda da “Sektor 56” ilk dəqiqələrdən sonadək komandanın yanında oldu, dayanmadan dəstək verdi. Hətta hesabda geridə olanda da. Bu, fanklubların bir yerdə verdiyi qərardı. Ona görə münasibət bidirmək düzgün olmaz. Azarkeş sayına isə, təbii ki, təsir edəcək. Зьnki fanklub istər ev, istərsə də səfər oyunlarında müəyyən kütlə ilə komandaya dəstək olur”.
Rüstəm Allahverdiyev (Neftçi):
“Təbii ki, “Neftçi” azarkeşi komandanın nəticəsinə ən зox təsir edən azarkeş qruplarından biridi. Biz də зox təəssüf edirik ki, onlar komandanın oyunlarında iştirak etməyəcək. Bu da, təbii ki, öz təsirini göstərəcək. Bu qərarı vermələri bizimlə bağlı deyil. Ümumilikdə azarkeşlərin tribunadakı durumu ilə bağlı belə bəyanat yayıblar. Ümid edirik ki, növbəti oyunlarda fanklub stadionda olacaq və komandaya dəstək verəcək”.
Sənəm Fərhadlı (Səbail):
“Bizim azarkeş qrupumuz azad fərdlərdən ibarətdi. Onlar istədiyi qərarı verməkdə sərbəstdi. Biz buna müdaxilə edə bilmərik. Sadəcə, bu qərara hörmətlə yanaşmaq məcburiyyətindəyik. Fanklubun stadiona gəlməməsi, təbii ki, azarkeşlərin sayına da təsir göstərəcək. Bildiyiniz kimi, oyunlarımıza gələnlərin əksəriyyətini “Dənizзilər” azarkeş qrupu təşkil edir. Təbii ki, onların olmaması oyunu stadiondan izləyənlərin sayına ciddi təsir edəcək”.
Azad Mustafayev (Kəpəz):
“Kəpəz” azarkeşi olan komandalardandı və həmişə onlardan ruh alaraq, ilhamlanaraq oynayıb. Bu gün “12-ci oyunзu” deyilən azarkeşlərin gücünü həmişə hiss etmişik. Onlar komandaya dəstək olmaqla mübarizəyə əlavə rəng qatıb. Lakin azad fanklubdu. Verdikləri qərarla bağlı biz heз nə deyə bilmərik”.
Rəşad Məmmədov (Sumqayıt):
“Bəli, azarkeşlərin oyunları boykot etməsindən xəbərdarıq. Sözsüz, bu qərar stadiona gələnlərin sayına da təsir edəcək. Azarkeş kütləsinin fəallığında fanklubların rolu çox böyükdü. Bu baxımdan onların yoxluğu ümumi saya da təsirsiz ötüşməyəcək”.
Gündüz Abbaszadə (Qarabağ): “Bu azarkeşlərin mövqeyidi, klubla bağlı olan məsələ deyil. Təəssüf ki, belə qərar veriblər. Onların yeri həmişə görünür. Onlarsız oyunu heç arzulamırıq. Ümid edirik ki, azarkeş qruplarımızı bundan sonrakı oyunlarda öz sektorlarında görəcəyik. Oyun gedə-gedə mən də, yəqin ki, başqa adamlar da stadionda “Qarabağ ordu” və “İmarət”in əyləşdiyi yerdə onları axtarırdıq. Təəssüf ki, tapa bilmirdik. Tezliklə fanklublarımızı tribunalarda görmək ümidi ilə...”.
ŞAİR ABDULLA