Ölkənin idman gündəmində neçə gündü dolaşan bir hadisə var: Azərbaycan derbisindən sonra “Qarabağ”ın azarkeşlərinin həbs olunması və bundan sonra bütün azarkeş qruplarının növbəti iki oyunda stadiona getməkdən imtina etməsi.
Football-plus.az xəbər verir ki, məsələ ilə bağlı “İmarət” də bəyanat yaydı. Onlar üzvlərinin qanunsuz həbs olunduğunu iddia etdi. Eyni zamanda, klub rəhbərliyi də məsələni nəzarətdə saxladıqlarını bildirdi. Lakin azarkeş qruplarının sözü bir yerə qoymaqla oyunları boykot etməsi gözlənilməz oldu. Ölkə kubokunun 1/4 fina oyunlarında fanklubların boykot qərarının fəsadını gördük.
Bilindiyi kimi, Azərbaycan futboluna azarkeş marağı o qədər də yüksək deyil. Hər dəfə tribunalara 7-8 min adamın toplaşmasını bayram kimi qarşılayır, günlərlə bu haqda yazırıq. İndi isə futbolun bəzəyi olan fanatların stadiona getməməsi Azərbaycan futbolunu bir qədər də sönük göstərəcək.
Məsələ ilə bağlı bütün klubların nümayəndələrinin, həmçinin azarkeşlərin fikrini öyrənmişdik. Görəsən, Peşəkar Futbol Liqasının buna münasibəti necədi? Bu sualla təşkilatçı qurumun media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik: