İngiltərə millisinin düşərgəsinə daha bir futbolçu qoşulub.
Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi Deklan Rays komanda ilə məşqlərə qayıdıb. Bunu onun yığmanın digər üzvü Kelvin Fillips də təsdiqləyib. Rays əvvəlki məşqləri xəstəlik səbəbindən buraxıb.
Qeyd edək ki, İngiltərə DÇ-2022-nin 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 10-da saat 23.00-da start götürəcək.