Belə ki, komanda cari mövsümdə keçirdiyi 5 oyunda cəmi 6 xal toplayıb, son turda isə debütant “Marafon”a böyük hesabla (0:3) uduzub. Komandanı hazırda İsmayıl Vəkiliqazicahani çalışdırsa da, lisenziyası olmadığından baş məşqçi kimi İbrahim Uzuncanın adı gedir.
Bəs baş məşqçisi bu məğlubiyyəti necə dəyərləndirir? “Dinamo” niyə uduzdu, komandanın uğursuz startının əsas səbəbi nədi?
Bu suallara cavab tapmaq üçün “Football-plus.az” İsmayıl Vəkiliqazicahani ilə əlaqə saxladı.
“Marafon”la oyun bizim üçün istədiyimiz nəticə ilə başa çatmadı. Əlbəttə, məğlubiyyətdən narazıyıq, amma bu oyunu təhlil edib, nəticə çıxarmalıyıq. Məncə, “Hypers” üzərində qazandığımız qələbədən sonra komandada müəyyən qədər arxayınlıq yarandı. Bundan başqa, üç əsas oyunçumuz zədəli idi və məcburiyyətdən oynadılar. Bu da komandamızın oyun keyfiyyətinə və fiziki vəziyyətinə təsir etdi. Komandamız gənc komandadı. Gənc futbolçuların belə oyunlarda təcrübə qazanması və səhvlərdən nəticə çıxarması çox vacibdi. Bəzən oyunun gedişində düzgün qərar verməmək və sadə səhvlər bizə baha başa gəlir.
Əslində bu mövsüm “Zəngəzur” və “Ağstafa Gəncləri” ilə oyunlarda da oxşar vəziyyətlə qarşılaşdıq. Hər iki oyunda meydanda daha çox üstünlük təşkil etdiyimiz, qol imkanları yaratdığımız anlar oldu. Lakin sadə və uşaq səhvləri, həmçinin yaratdığımız real qol imkanlarından istifadə edə bilməməyimiz nəticəyə təsir etdi. Mən komandamın potensialına inanıram. Qarşıda hələ çox oyun var və biz bu məğlubiyyətdən düzgün nəticə çıxaracağıq. Əsas məqsədimiz komandanı daha da inkişaf etdirmək, səhvləri minimuma endirmək və hər oyunda daha sabit futbol göstərməkdi. Əminəm ki, komandamız toparlanacaq, düzgün işləməyə davam edəcəyik və qarşıdakı oyunlarda yaxşı nəticələr qazanacaq. Bu komandaya inanıram və futbolçularıma güvənirəm”.

İSRAYIL XEYRULLAYEV