UEFA taleyimizi portuqaliyalılara tapşırdı

2.10.2026 12:31 36
Ölkə futbolu
Millətlər Liqasının 4-cü turunda keçiriləcək Azərbaycan - Litva oyununun hakimləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Qustavo Korreya olacaq. Ona həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR hakimi Bruno Esteves, VAR hakiminin köməkçisi isə Ana Klaudiya Silva Ribeyro olacaq.

Xatırladaq ki, oktyabrın 4-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Litva oyunu saat 17.00-da başlayacaq.