Çərşənbə axşamı Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/26 mövsümünün yekunlarına dair illik hesabat tədbiri keçirilib. ABF-in mətbuat xidmətinin rəhbəri Sənan Əliyev mövsümün hesabatını təqdim edib. O, federasiyanın ötən mövsümdə həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.
Daha sonra açılış nitqi ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkədə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib. O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.
Daha bir maraqlı xəbər var. Basketbol üzrə ölkə çempionatının qalibi olan klub 1 milyon 400 manat əlavə mükafat qazanacaq. Yeni mövsümə başlayan bütün klublar şərtsiz 300 min manat alacaq. Çempionatı ikinci yerdə başa vuran komandaya 700 min manat həcmində əlavə maliyyə dəstəyi veriləcək. Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub hər matç üçün 3 min manat qazanacaq. Mövsüm ərzində keçirilən 21 oyunda bu şərti ödəyən klub büdcəsinə əlavə 63 min manat əlavə edə bilər. Qazanılan hər qələbə 10 min manat dəyərində qiymətləndirilir. Mövsüm ərzində maksimal qələbə göstəricisi ilə klublar 210 min manata qədər mükafat əldə edə bilər. Mövsümün sonunda pley-offun yarımfinal mərhələsinə vəsiqə qazanan 4 klubun hər birinə əlavə 150 min manat ayrılacaq.
Yeri gəlmişkən, basketbol üzrə ölkə çempionatında 2-ci liqa da yaradılıb. Həmin liqada “Alov”, AzTU, “Şəki”, “Alov Basket”, ASA (Azərbaycan İdman Akademiyası) və “Lənkəran” komandaları mübarizə aparacaq.
ABF çempiona 1,4 milyon manat verəcək!
İdman






