Bernardo Silvadan Messiyə tərif

7.12.2022 19:10 251
Dünya futbolu
Portuqaliya millisinin üzvü Bernardo Silva maraqlı açıqlama ilə diqqət çəkib.

Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi Argentina yığmasının kapitanı Lionel Messi haqda danışıb:

“Bu oyunçunun nəyə qadir olduğunu hamı bilir. Messi Messidi. Ümid edirəm ki, Argentina ilə finalda qarşılaşsaq, o ya oynamayacaq, ya da pis təsir bağışlayacaq”.