Millimizin rəqibindən qələbə

20.09.2022 09:00 338
Ölkə futbolu
Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin də yer aldğı 6-cı qrupda mübarizəyə start verilib.

Football-plus.az xəbər verir ki, Polşa və Yunanıstan yığmaları üz-üzə gəlib.

Fasiləyə qədər rəqib qapısından 2 top keçirən Polşa futzalçıları ikinci hissədə daha bir qol vurub və yekunda 3:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, oktyabrın 7-də Azərbaycan millisi Polşa yığmasını qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.