Argentinalı futbolçudan ötürmə rekordu

1.12.2022 17:23 302
DÇ 2026
Rodriqo de Paul DÇ-2022-də rekorda imza atıb.

Football-plus.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Polşa ilə C qrupunun son görüşündə 145 ötürmə edib. Bunlardan 137-i dəqiq olub. Bu göstərici Argentina millisi üçün 1966-cı ildən ən yaxşı nəticədi.

Qeyd edək ki, De Paul yığmanın heyətində 6 görüşdə meydanda çıxıb və 1 məhsuldar ötürmə edib.