"Qarabağ" ötürmələrdə ən dəqiq komandadı

3.10.2022 17:29 400
Ölkə futbolu
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) Misli Premyer Liqasında komandaların ortalama ötürmə saylarını və dəqiqliyini açıqlayıb.

"Football-plus.az" qurumun saytına istinadən xəbər verir ki, çempionatımızda ən çox ötürmə edən komanda "Qarabağ"dır. Ağdam təmsilçisi hər oyunda ortalama 584 ötürmə edib. Bunlardan 86,8 faizi dəqiq alınıb.

2-ci yerdə "Neftçi"dir - 536 ortalama ötürmə, 85 faiz dəqiqlik. İlk "3-lüy"ü "Qəbələ" bağlayır - 500 örtalama ötürmə, 83,9 faiz dəqiqlik.

Komandalarımızın ortalama ötürmə sayları və dəqiqlikləri

1. "Qarabağ" - 584 ötürmə, 86,8 faiz dəqiqlik

2. "Neftçi" - 536 ötürmə, 85 faiz dəqiqlik

3. "Qəbələ" - 500 ötürmə, 83,9 faiz dəqiqlik

4. "Sabah" - 478 ötürmə, 83, 2 faiz dəqiqlik

5. "Zirə" - 471 ötürmə, 85,9 faiz dəqiqlik

6. "Kəpəz" - 436 ötürmə, 84,5 faiz dəqiqlik

7. "Sumqayıt" - 407 ötürmə, 79, 4 faiz dəqiqlik

8. "Səbail" - 368 ötürmə, 79,4 faiz dəqiqlik

9. "Şamaxı" - 361 ötürmə, 79,1 faiz dəqiqlik

10. "Turan Tovuz" - 319 ötürmə, 78,3 faiz dəqiqlik