Fransa kubokunun tarixinə düşəcək

24.04.2022 21:00 602
Dünya futbolu
Fransa kubokunun final matçını ilk dəfə qadın hakim idarə edəcək.

“Nitsa” ilə “Nant” arasındakı həlledici oyun Stefani Frappara tapşırılıb. Ona Mikael Berşbrü ilə Bencamen Paj kömək edəcək. Final mayın 7-də Parisdəki “Stad de Frans” stadionunda keçiriləcək.

Qeyd edək ki, Frappar 2019-cu ildə UEFA Superkubokunun “Çelsi” – “Liverpul” matçını (2:2, p. – 4:5) da idarə edib.