Oyun epizodlarının birində niderlandlı futbolçu Deyli Blind peşəkara xas olmayan tərzdə topu uzaqlaşdırarkən həmkarımız "soyadının haqqını verdi" deməklə diqqəti çəkdi. “Blin” cəmiyyətdə nalayiq söz kimi bilindiyindən, onun bu addımı birmənalı qarşılanmayıb.
"Football-plus.az" saytı olaraq Cahangirovun bununla bağlı fikrini öyrəndik. “CBC Sport”un əməkdaşını dinləyək:
"Niderlandlı futbolçu topu kor-koranə şəkildə uzaqlaşdırdı. Mən də o zaman "soyadının haqqını verdi" demişəm. Normal ifadədi, özümüz və başqaları haqda da deyirik. Bir an içində deyilən sözdü. Bunun sosial şəbəkələrdə müzakirə olunduğunu sizdən eşidirəm. Müzakirə olunursa da, buna fərqli qiymət verilə bilər. Bu ifadə bir dəfə deyilirsə, analogiyaya çevrilmir. Yəni, belə analogiya bir dəfə aparılır".
ABDULLA İSMAYILOĞLU


