"Bordo"nun yarımmüdafiəçisi Jan Onana klubunu dəyişəcək.
Football-plus.az xəbər verir ki, o, "Milan"a keçəcək. Tərəflər arasında danışıqlar fəal şəkildə irəliləyir. Futbolçu İtaliya təmsilçisi ilə müqavilənin şərtlərini artıq razılaşdırıb. Fransalılar Onana üçün 6 milyon avro və bonus olaraq 1 milyon avro almağa ümid edir.