“Çelsi” ilə danışıq aparır

27.11.2022 19:32 270
Dünya futbolu
Meyson Maunt karyerasını hazırkı klubunda davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, İngiltərə yığmasının yarımmüdafiəçisi “Çelsi” ilə yeni müqavilə mövzusunda danışıq aparır. Rəhbərlik onunla anlaşmanın müddətini 2 illiyə artırmaq istəyir. Maunt qarşı tərəfə şərtini irəli sürüb.

“Dayli Mail” qəzeti futbolçunun həftəyə 200 min funt sterlinq maaş tələb etdiyini xəbər verib.