Entoni Devis klub rekordunu təkrarladı

26.11.2022 12:56 313
İdman
“Leykers”in mərkəz oyunçusu Entoni Devis Şakil O”Nilin müəyyənləşdirdiyi klub rekordunu təkrarladı.

Football-plus.az xəbər verir ki, o, “Leykers”in ardıcıl 4 oyunda 30-dan artıq xal toplayan və 15-dən artıq ribaund edən 2-ci oyunçusudu. Əfsanəvi О'Nil belə uğura 1999-cu ildə nail olmuşdu.

29 yaşlı Devis “Finiks”lə noyabrın 23-də keçirilən oyunda parket üzərində olduğu 38 dəqiqədə 37 xal topladı və 21 ribaund etdi.