• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Klublarımızın 90 faizinin loqosu dəyişməlidi” - PFL-in loqo müsabiqəsinin qalibi

Aktual / Manşet

24-11-2022, 15:0

PFL-in yeni loqosu müəyyənləşib.

Football-plus.az xəbər verir ki, 130 nümunə arasından qalib seçilən Fərhad Sultanovun dizayn etdiyi loqo özündə bir neçə amili ehtiva edir:

1) Loqoda futbolu ifadə edən top təsvir olunub;
2) Mərkəzdə alov və buta silueti var. Bunlar odlar yurdu Azərbaycana işarədi;
3) Loqodakı kürə qlobal dünya futbolunun rəmzidi;
4) Alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi kimi bizim futbolu ifadə edir.

Qurumun elan etdiyi müsabiqəsinin qalibi mükafatlandırılıb. Ən yaxşı loqonu hazırlayan Fərhad Sultanov 2 min manat mükafat qazanıb.
Hamıya bəllidi ki, PFL 4 loqonu müəyyən etdikdən sonra onlar arasından birini seçilməsi üçün ictimaiyyət arasında sorğu keçirdi. Yekunda Fərhad bəyin işi üzərində dayanıldı. Görəsən, PFL özü ictimaiyyətin fikri ilə razıdı? Qurum rəsmiləri yeni loqonu bəyənib? Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün PFL-in media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Qurum rəsmisinin yeni loqo ilə bağlı fikri belə oldu:

“Ümumiyyətlə, loqo müsabiqəsi elan olunanda gözlədiyimiz tənqidlərlə, iradlarla qarşılaşdıq. PFL-i hətta qeyri-ciddilikdə ittiham edənlər də oldu. Hansısa konkret bir şirkətlə anlaşıb real peşəkar iş əldə etməyə çalışmamaqda günahlandırırdılar. Amma Elxan müəllimin rəhbərliyi ilə idarə heyətinin toplantısında tənqid axını ehtimalına baxmayaraq, sırf bu addımda hər kəs üçün bir şans yaratmaq qərarına gəlindi. Yekunda 130 nümunə arasından seçim aparıldı. Məhz bu üzdən son qərarın verilməsi uzun çəkdi. Bildiyiniz kimi, PFL-in sosial şəbəkə hesablarında dörd loqo üçün səsvermə keçirildi. Burda açıq fərqlə bu loqo üstün oldu. Sonradan idarə heyətində bir daha müzakirə olunaraq qərar verildi. Sadəcə, müəllifdən yeni rəng çalarları qatması xahiş olundu və yekunda hazırkı loqo araya-ərsəyə gəldi. Şəxsən mənim də ən çox bəyəndiyim loqo bu idi. Rəngin də fərqli olduğunu düşünürəm. Ən əsası ədalətli seçimin olması idi. Bir məqamı da qeyd edim ki, elan olunan vaxt bitəndən bir neçə saat sonra göndərilən bir neçə loqo var idi. Onlar rəqabət apara bilərdi. Amma Elxan müəllim vaxtında müraciət edən şəxslərə haqsızlıq olmasın deyə, belə loqoların müzakirə olunmasına razılıq vermədi”.


Görəsən, Fərhad bəy qalib olması ilə bağlı nə düşünür? Bundan öncə hansısa qurum üçün loqo hazırlayıbmı? Sultanovun suallarımıza cavabına keçid alaq:

“Əvvəlcə 130 loqo arasından dördü seçildi. Daha sonra 2 iş qaldı. Yekunda mən qalib oldum. Frilanser olaraq dizayner kimi çalışıram. İlk dəfə bu yarışı görəndə dedim ki, mütləq şəkildə mən də qatılmalıyam. İlk cızma-qaranı etdikdən sonra onun elektron variantını quruma göndərdim. Daha sonra xəbər çıxdı ki, ilk “4-lük”də yer almışam. Mənim üçün çox xoş idi. Açığı, gözləmirdim. Həqiqətən də mənim üçün həyəcanlı bir məqam idi. Daha sonra seçim üçün yenə vaxt istənildi. Sonda 2 loqo qaldı. Bizi dəvət etdilər PFL-ə, fikrimizi öyrəndilər. Loqoda nə gördüyümüzü, nə fikir ifadə etdiyimizi soruşdular. Mənim loqomda dünya forması var. Burda milli ornament olan buta yerləşdirilib. Bundan əlavə, loqoda top və məşəl formasında alov var. Bunu da deyim ki, sonra xırda dəyişiklik etdik. Alov formasının rəngini turkuaz etdik. Bu hazırda gündəmdə olan rəngdi. Daha sonra qurum özü seçim etdi. Yekunda qalib oldum. Məni ofisə dəvət etdilər. Prezident mükafat təqdim etdi. Həqiqətən qürurlu anlar yaşadım. Onlara da söylədim ki, ölkədə 130 loqonun arasından mənim işimin seçilməsi böyük fəxrdi. Bundan öncə özəl şirkətlər üçün işləmişəm. Sözsüz, futboldankənar şirkətlər olub. Özüm də bu idman növü ilə maraqlanıram. Bəlkə bunun da bir təsiri var idi”.


Fərhad bəydən ölkə futbolu ilə maraqlanıb-maraqlanmadığını və hansı klubun yeni loqoya ehtiyacının olduğunu da soruşduq:

“Əlbəttə, çempionatımızla maraqlanıram, oyunları izləyirəm. Əslində klublarımızın 90 faizinin loqosu dəyişməlidi. Rebrendinqə ehtiyacları var. Çünki loqoları köhnəlib. Onların çoxu milli ornamentlər üzərində qurulub. İşlər birbaşa nə üçün hazırlandığını göstərirdi. Artıq tendensiyalar da dəyişir. İndi loqolarda fikirləri açıq-aşkar bildirməyə ehtiyac yoxdu. Başqaları işə baxanda dərhal mənasını anlamamalıdı. Qısaca onu deyim ki, bizim klubların loqoları köhnə qaydalara uyğun hazırlanıb. Düşünürəm ki, PFL-dən sonra bütün klublar da rebrendiq haqda düşünər. Onlar da ədalətli tenderlər elan etsələr, mütləq şəkildə qatılaram. “Neftçi” və yenidən premyer-liqaya dönən “Kəpəz” üçün loqo hazırlamaq istəyərəm. Belə bir şansımın olub-olmayacağını zaman göstərəcək”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

İdman

17-05-2022, 11:0

Basketbol Fedarasiyasının yeni loqosu

Ölkə futbolu / Manşet

13-10-2022, 21:0

PFL-ə göndərilən loqoların çoxu plagiat olub

Aktual / İdman

19-03-2022, 16:0

"250 manata daha yaradıcı iş ərsəyə gətirmək olardı" - ŞOK MÜTƏXƏSSİS RƏYİ

Ölkə futbolu

13-09-2022, 20:0

“Füzuli”nin yeni loqosunun üzərindəki təsvir nəyi ifadə edir? - AÇIQLAMA

Premyer-liqa

4-08-2022, 14:0

"Şamaxı"nın yeni loqosu təqdim olundu

Aktual
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
Son xəbərlər
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 119
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə