“Füzuli”nin yeni loqosunun üzərindəki təsvir nəyi ifadə edir? - AÇIQLAMA

13.09.2022 20:10 653
Ölkə futbolu
Region liqası hələ start götürmədiyinə görə bəzi klublar hazırlıq prosesini davam etdirirlər.

Onlardan biri də “Füzuli”di. Komanda yaxın günlərdə yemi loqosunu da istifadəyə verdi. Loqonun üzərində ucu şiş dağların təsvir olunması diqqətimizi cəlb etdi. Bildiyimiz kimi, Füzulidə bu tip böyük dağ yoxdu.
Bu haqda məlumat almaq üçün komandanın baş məşqçisi Vasif İsmayılovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Biz onu azarkeşlərin öhəsinə buraxdıq. Yeni loqonu onlar hazırladılar. Sadəcə olaraq, biz də ictimaiyyətin rəyini aldıq, ondan sonra təsdiq etdik. Loqonun üzərində olan dağ təsviri Füzulidə olan “Ərgünəş” zirvəsinin göstəricisidi. 2017 isə təbii ki, klubun yaranma tarixidi”.


ŞAİR ABDULLA