Srağagün “Anahaym”ı məğlub edən “Sent-Luis” ardıcıl 7-ci qələbəsini qazandı.
Football-plus.az xəbər verir ki, “Blyuz” məğlubiyyət seriyasının ardından ardıcıl qələbələrin sayına görə yeni MHL rekordu müəyyənləşdirdi. Belə ki, “Sent-Luis” ardıcıl 7 qələbəyə qədər ardıcıl 8 oyunda uduzmuşdu. Əvvəlki rekord “Filadelfiya” (2017/18) ilə “San-Xose”yə (2005/06) məxsus idi. Bu komandalar 10 oyunluq məğlubiyyət seriyasının ardından ardıcıl 6 oyunda qalib gəlmişdi.
Srağagünkü oyunlar Patris Berjeron üçün də əlamətdar oldu. “Boston”un 37 yaşlı hücumçusu “Tampa-Bey” ilə oyunda komandasının 4-cü qolunun məhsuldar ötürməsini verməklə MHL-də xal sayını 1000-ə çatdırdı. Berjeron MHL-də keçirdiyi 1235 oyunda 409 qol vurub, 591 məhsuldar ötürmə verib.
Dünən səfərdə “Monreal”a qalib gələn “Baffalo” 8 oyunluq məğlubiyyət seriyasını qırdı.