Bu komanda Azərbaycan kubokunda ilkə imza atdı

24.11.2022 11:39 415
Ölkə kuboku
Azərbaycan kubokunun 1/8 final mərhələsi daha bir klubun turnirdə debütü ilə əlamətdar olub.

Football-plus.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. “Mingəçevir” tarixində ilk dəfə kubok matçında meydana çıxıb.

“Zirə”ni qəbul edən bölgə təmsilçisi bu qarşılaşmada 0:2 hesabı ilə uduzub. Mingəçevirin eyniadlı klubu ölkə kubokunun 30 illik tarixinə bu yarışda iştirak edən 154-cü komanda kimi düşüb.

Cari mövsümədək 153 klub kubokda qüvvəsini sınayıb. Yalnız “Neftçi” 31 mövsüm bu turnirdə mübarizə aparıb.