Şimali Makedoniya yığmasının futbolçusu Enis Bardi millimizlə yoxlama oyunu öncəsi fikirlərini bildirib.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl mətbuat konfransında deyib:
"Bu gün futbolda favorit yoxdu. Yaxşı oynamaq özümüzdən asılıdı. Finlandiya ilə görüşü təhlil etdik. Buraxdığımız xırda səhvləri düzəltmək lazımdı. Sabah müsbət nəticə əldə edəcəyimizə inanıram".
Qeyd edək ki, sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 17.00-da başlayacaq
"Azərbaycanla oyunda müsbət nəticə əldə edəcəyimizə inanıram" - Enis Bardi
Yığma


