"Zirə" - "Qəbələ" matçının yeri dəyişdirildi

3.09.2022 17:07 375
Premyer-liqa
“Zirə” Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət edib.

Football-plus.az PFL-in saytına istindən xəbər verir ki, klub ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olması ilə bağlı Azərbaycan premyer-liqasının 5-ci turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib.

Stadionun vəziyyətini, "qartallar"ın rəsmi müraciətini nəzərə alan PFL 5-ci turun bu görüşünün adı çəkilən stadionda baş tutmasına qərar verib. Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.

Xatırladaq ki, sözügedən oyun sabah saat 20.30-da başlayacaq.