“Zirə” rəhbərliyi azarkeşlərinə Qəbələdə qalmağı təklif edib? - AÇIQLAMA

15.03.2022 17:17 819
Ölkə futbolu
Premyer-liqanın 19-cu turunun “Qəbələ” - “Zirə” matçı 2 gün davam etdi.

Qarşılaşmada bir sıra maraqlı hadisələr yaşandı. Paytaxt təmsilçisinin azarkeşlərini martın 13-də tribunada görsək də, 14-də buna şahid olmadıq. Böyük ehtimalla onların qalmağa yerləri olmayıb. Bu səbəbdən də “Qartallar” fanklubu növbəti gün stadionda olmayıb.
Məsələ ilə bağlı “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxladıq. Klub rəsmisindən azarkeşlərə Qəbələdə qalmağı təklif edib-etmədiklərini soruşduq:

“Matçda yaşananları bilirsiz. Əvvəlcə görüşün 30 dəqiqəlik, daha sonra, ümumiyyətlə, təxirə salındığı bildirildi. Biz stadionu tərk edəndə artıq azarkeşlərimiz getmişdilər. Bu səbəbdən də onlara nəsə təklif edə bilmədik. Ümumiyyətlə, hava proqnozunda Qəbələdə 1 həftə ərzində qarın yağacağını bildirmişdilər. Yəqin bunu nəzərə alıb, martın 14-də də görüşün keçirilməyəcəyini düşünüb, Bakıya dönüblər”.


İLKİN SULTANLI