Bir milyon ödədi, azadlığa çıxdı

9.11.2022 14:10 327
İdman
Ağır çəkidə sabiq UFC çempionu Keyn Velaskes 8 aylıq dustaq həyatından sonra azadlığa çıxıb.

"Football-plus.az" xəbər verir ki, o, martın 1-də adam öldürməyə cəhd etdiyinə görə tutulmuşdu. Sabiq çempion azyaşlılara qarşı cinsi zorakılıqda suçlanan kişini öldürmək istəyib.

Kaliforniya ştatındakı Santa-Klara dairəsinin məhkəməsi iki gün ərzində 13 saat çəkən məhkəməyəqədərki dinləmədən sonra Velaskesi azadlığıa buraxmağa qərar verib. Bununla belə, o, 1 milyon dollar girov qoymalı, GPS-qolbağlı daşımalı olacaq və öldürməyə çalışdığı adamdan ən azı 300 metr uzaqda dayanmalıdı.