Bir sıra nəhəng klubların hədəfində olan Cud Bellingem tezliklə qərar verəcək.
"Football-plus.az" xəbər verir ki, bu açıqlama Dortmund “Borussiya”sının idman direktoru Hans-Yoahim Vatskeyə məxsusdu:
“Dünya çempionatından sonra Cud ilə söhbət edəcək və onun istəklərini öyrənəcəyik. O, bizə konkret qərarını bildirməli – klubumuzda qalmaq, yoxsa getmək istəyinə aydınlıq gətirməlidi. Düzünü desəm, böyük klublar bizə təklif ünvanlayacaqlar. Onlara qarşı maliyyə cəhətdən müqavimət göstərə bilmərik”.