Kallum Hadson-Odoi tezliklə “Çelsi”ni tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, İngiltərə mənbələrinin xəbərinə görə, 21 yaşlı yarımmüdafiəçi artıq rəhbərliyə klubdan ayrılmaq istəyini bildirib. O, daha çox oynamaq şansı qazanmaq üçün bu fikirdə olduğunu əsas göstərib.
Gənc oyunçu ilə “Nyukasl”, “Sauthempton”, Dortmund “Borussiya”sı və bir sıra digər klublar maraqlanır.