Kalidu Kulibali hazırkı komandasında qalmaq qərarına gəlsə də, son günlər adı “Yuventus”la birgə hallanır.
Turin klubu “Bavariya”ya satılmaq ərəfəsində olan müdafiəçi Matteys de Liqtin yerinə onu transfer etməyi planlaşdırır. Lakin “Napoli” aparıcı arxa xətt oyunçusunu satmaq fikrindən çox uzaqdı. Klubun idman direktoru Kristiano Cintoli son xəbərə belə reaksiya verib: “Kulibaliyə onu “Yuventus”a satmayacağımızı deməyə ehtiyac yoxdu. Çünki o toxunulmazdı! Kalidu satılmır”.