Millimizin heyəti açıqlandı

13.11.2022 23:11 449
Yığma / Manşet
Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində noyabrın 16-da Kişinyovda Moldova, 20-də Skopyedə Şimali Makedoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Yığmamızın heyətini diqqətinizə çatdırırıq:

Qapıçılar - Şahrudin Məhəmmədəliyev, Emil Balayev, Səlahət Ağayev;

Müdafiəçilər - Bədavi Hüseynov, Bəhlul Mustafazadə,Elvin Cəfərquliyev, Toral Bayramov, Bəxtiyar Həsənalızadə, Cəlal Hüseynov, Azər Salahlı, Amin Seydiyev, Höccət Haqverdi, Anton Krivotsyuk;

Yarımmüdafiəçilər - Qismət Alıyev, Riçard Almeyda, Elvin Camalov, Aleksey İsayev, Ceyhun Nuriyev, Ozan Can Kökçü, Emin Mahmudov, Anatoli Nuriyev, Rövlan Muradov;

Hücumçular - Namik Ələskərov, Renat Dadaşov, Mahir Emreli, Musa Qurbanlı, Ramil Şeydayev.