AFFA millimiz üçün daha bir rəqib tapdı

20.09.2022 14:11 523
Yığma
Azərbaycan millisi daha bir yoxlama oyunu keçirəcək.

Football-plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma Şimali Makedoniya seçməsi ilə üz-üzə gələcək. Görüş noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da olacaq. Bildirilir ki, oyunun saatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, millimiz noyabrın 16-sı da yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda Kişineudakı "Zimbru" stadionunda Moldova yığması ilə görüşəcək.