UEFA rəsmi saytında Avropa Liqasının qrup mərhələsinin ən yaxşı qolu ilə bağlı apardığı sorğunun nəticələrini açıqlayıb.
Football-plus.az xəbər verir ki, ''Fənərbaxça''lı İrfan Can Kahveci böyük şərəfə nail olub. Belə ki, onun 2-ci turda ''Renn'' ilə səfər oyununda vurduğu qol AL-də bu mövsüm qrup mərhələsinin ən gözəl qolu seçilib! 50 mindən çox futbolsevərin iştirak etdiyi sorğuda 2-ci pilləyə ''Srvena Zvezda''lı Quelor Kanqanın ''Ferenstvaroş''a, 3-cü pilləyə isə ''Renn''li Lorents Assinyonun AEK-ə vurduğu qol layiq görülüb. İlk ''5-lik''də daha bir Türkiyə klubunun üzvünə rast gəlmək olar.
'Trabzonspor''lu Enes Bardinin ''Monako'' ilə ev oyununda vurduğu qol 4-cü pilləni tutub.