İngiltərə premyer-liqasında martın ən baxımlı qolu müəyyənləşib.
Bu nominasiyada Kriştiano Ronaldonun “Tottenhem”ə vurduğu qol qalib gəlib.
Xatırladaq ki, “Mançester Yunayted” 29-cu turun ev oyununda məhz ulduz futbolçunun het-triki sayəsində 3:2 hesabı ilə qalib gəlmişdi. Ronaldonun ilk qolu azarkeşlər arasında keçirilən sorğuda daha çox səs toplayıb.
Qeyd edək ki, Kriştianonun vurduğu qol karyerasında ilk dəfə premyer-liqada ayın ən gözəl qolu seçilib.