“Liverpul” tarixinin ən baxmlı qolu seçildi

26.06.2022 19:00 345
Dünya futbolu
“Liverpul”un 130 illik tarixinin ən baxımlı qolu seçilib.

Bu məqsədlə azarkeşlər arasında sorğu keçirilib. Səsvermədə 1-ci yerə Divok Oricinin vurduğu qol layiq bilinib. Belçikalı hücumçunun Çempionlar Liqasının 2018/19 mövsümünün yarımfinalının cavab oyununda (4:0) “Barselona”nın qapısına 79-cu dəqiqədə künc zərbəsindən sonra yol tapdığı epizod daha çox səs toplayıb.

Sorğuda növbəti iki yeri Stiven Cerrardın İngiltərə kubokunun 2006-cı və Çempionlar Liqasının 2005-ci ildə keçirilən final matçlarında vurduğu qollar tutub.