La Liqada oktyabrın ən yaxşısı seçildi

11.11.2022 19:50 329
Dünya futbolu
La Liqada oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib. Nəticə, demək olar ki, heç kimdə şübhə doğurmayıb.

Turnirin saytının yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsvermədə “Barselona”nın hücumçusu Robert Levandovski 1-ci yeri tutub. Polşalı futbolçu oktyabrda La Liqada meydana çıxdığı 5 matçda 4 qol vurmuş, 2 məhsuldar ötürmə etmişdi. Robertin cari mövsümdə keçirdiyi 14 oyundakı göstəriciləri 13 qola və 4 məhsuldar ötürməyə bərabərdi.