La Liqada ayın ən yaxşısı seçildi

6.11.2022 18:50 319
Dünya futbolu
La Liqada oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Turnirin saytının yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Barselona”nın hücumçusu Robert Levandovski 1-ci yeri tutub. Polşalı futbolçu oktyabrda La Liqada meydana çıxdığı 5 matçda 4 qol vurmuş, 2 məhsuldar ötürmə etmişdi.