İlham Zəkiyevi braziliyalı dayandırdı

10.11.2022 14:39 269
İdman
Bakıda paracüdo üzrə dünya çempionatı keçirilir.

“Fooball-plus.az” saytının məlumatına görə, dünən fərdi mübarizəyə yekun vurulub. İlham Zəkiyev (90 kq) J1 kateqoriyasında çıxış edib. İkiqat paralimpiya, ikiqat dünya və səkkizqat Avropa çempionu finalda braziliyalı Vilyans Araujoya uduzaraq günüş medal qazanıb. Şəhanə Hacıyeva (J2, 48 kq), Namiq Abaslı (J2, 73 kq) və Xanım Hüseynova (J2, 70 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə, milli komandamız fərdi mübarizəni bir gümüş və üç bürünc medalla başa vurub. Dünya çempionatına bu gün komanda yarışı ilə yekun vurulacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul