İdmançımız qran-pri turnirində qızıl medal qazandı

26.05.2022 23:07 615
İdman
İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pridə Azərbaycan idmançısı qızıl medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, Paralimpiya Komitəsinin məlumatına görə,
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Samir Nəbiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nüvə itələmə kateqoriyasında iştirak edən S. Nəbiyev (F57) 13.02 metr nəticə göstərib.