Güləşçimiz Bolqarıstanda gümüş medal qazandı

10.10.2022 15:37 318
İdman
Oktyabrın 4-dən 9-dək Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında dünya çempionatı keçirilib.

"Footbal-plus.az" xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışda Elgiz Məmmədov (88 kq) A kateqoriyasında ikinci yeri tutub. 1/4 finalda Aytac Dəmirə “tuş”la qalib gələn həmyerlimiz yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabıyla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə minimal fərqlə (4:5) məğlub olan Məmmədov dünya çempionatının gümüş medalını qazanıb.

Mundialda beynəlxalq kateqoriyalı hakim Əli Babayev ədaləti qoruyub.