Azərbaycan klubu 1/8 finala vəsiqə qazandı

10.11.2022 13:09 258
İdman
Kişilərdən ibarət “Murov” “Çağırış” kubokunun 1/16 finalında “Holdinq Qrats”ını sınağa çəkib.

Football-plus.az xəbər verir ki, qarşılıqlı razılığa əsasən hər iki oyun Bakı Voleybol Mərkəzində baş tutub.

Noybarın 8-də nominal meydan sahibi Avstriya təmsilçisi olub. Görüş "Murov"un 3:0 (25:13, 25:18, 25:23) hesablı qələbəsiylə bitib. Azərbaycan çempionu ertəsi gün eyni məkanda gerçəkləşən oyunda da qonaqları məğlub edib - 3:0 (25:13, 25:12, 25:23). 1/8 finalda rəqib "Stroosen" (Lüksemburq) - "Orion" (Niderland) cütünün qalibi olacaq.

Qeyd edək ki, “Murov” 1/32 finalda Xorvatiya “Kitro Varazdin”ini Bakıda 3:0 və 3:1 hesabı ilə üstələmişdi.