"Murov" ilk qələbəsini qazandı

9.11.2022 09:46 397
İdman
Kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kubokunda növbəti oyununu keçirib.

"Footbal-plus.az" xəbər verir ki, Azərbaycan çempionu 1/16 final mərhələsində Avstriyanın “Holdinq Qrats” klubu ilə qarşılaşıb. Görüş "Murov"un qələbəsiylə başa çatıb - 3:0 (13:25, 18:25, 23:25).

Komandalar arasındakı cavab matçı bu gün keçiriləcək. Oyun saat 18.00-da start götürəcək.

“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandası ilə də iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.